İlkin Qırtımov: ... ona ana söyüşü edirəm
29.09.2013 - 23:04
Topaz Premyer Liqasının VIII turunda “Qəbələ” ilə matçın (0:0) 36-cı dəqiqəsində meydan qovulan “Simurq” klubunun kaputanı İlkin Qırtımovun apasport.az saytına müsahibəsi.
- Öncə “Qəbələ” ilə oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Oyun heç nə... Öncə qırmızı vərəqə aldığıma görə komanda yoldaşlarımdan üzr istəyirəm. İkincisi də ki, Fariz Yusifova “sağ olsun” deyirəm. Onun bir insan kimi xətrini çox istəyirəm. Fariz müəllim məni düzgün başa düşməyib. Ona “Allah haqqı, heç kimə ana söyüşü işlətməmişəm” dedim. Ancaq yenə də heç nə olmaz, sağ olsunlar. Komanda yoldaşlarıma da təşəkkür edirəm ki, mənim yoxluğumda sonacan mübarizə apardılar.
- Bir az həmin epizodu oyuna baxmayanlar üçün incələyərdiniz...
- Top meydançanı tərk edəndə, mən etiraz edərək dedim ki, top bizdən çıxmayıb. Yan xətt hakimi isə elə başa düşdü ki, mən ona ana söyüşü edirəm. Bir sözlə, məni düzgün başa düşmədilər.
- Fariz Yusifov əvvəllər sizə qırmızı vərəqə verib?
- Yox. Birinci dəfə idi. Ona böyük hörmətim var. Məni düzgün anlamayıb. Söyüş işlətməmişəm.
- Klub buna görə hakimlikdən şikayət edəcək?
- Görək də. İnşallah, yaxşı olar.
- “Simurq”un heyətində ən çox qırmızı vərəqə aldığınız üçün intizamsız futbolçu sayılırsınız. Bu nə ilə əlaqədardır?
- Bunu deyə bilmərəm. Görünür, həddən artıq oyuna isti başla yanaşıram. Digər oyunlarda ola bilər ki, söyüş söymüşəm və buna görə cəzalandırılmışam. Amma indi günahsızam.
- Heç-heçə etdiniz. Azlıqda qalmasaydınız, qələbə qazana bilərdiniz?
- 11 futbolçu ilə sona kimi mübarizə aparsaydıq, tamam başqa oyun göstərərdik.
Səbuhi TOFİQOĞLU

0
0