“Sanki 11 futbolçuya qarşı oynayırdıq” - MÜSAHİBƏ
30.09.2013 - 11:02
“Qəbələ”nin nigeriyalı hücumçusu Abdulvahid Afolabinin apasport.az saytına müsahibəsi
- “Simurq”la oyun haqqında nə deyə bilərsiniz?
- Bu qarşılaşmada bəxtimiz gətirmədi. Halbuki, qələbə bizim üçün çox önəmli idi. Çempionluq yarışında olan əsas rəqiblərimizdən aralanmaq şansı əldə etmişdik. Çox hücumlar qursaq da, rəqib bizi fərdi şəkildə bağlaya bilirdi. Məncə, çox pis oyun oldu. Çempion olmaq istəyiriksə, daha yaxşı çıxış etməliyik.
- Bu görüşdə qonaq komanda kimi çıxış edirdiniz. Ancaq rəqibin azlıqda qalmasını nəzərə alsaq, sizin 2 xal itirdiyinizi söyləmək mümkündür?
- Biz rəqiblə ilk əvvəl 11 11-ə oynayırdıq. Ancaq sonra “Simurq”un futbolçusu qırmızı vərəqə alaraq meydanı tərk etdi. Bundan sonra gözləmək olardı ki, biz daha yaxşı oyun nümayiş etdirib rəqibə qol vuracağıq. Ancaq bu, olmadı. Sanki yenə 11 futbolçuya qarşı oynayırdıq. Azlıqda qalmış rəqibi məğlub edə bilməməyimiz bizim üçün yaxşı nəticə deyil.
- “Qəbələ” həmişə ev oyunlarını təbii ot örtüyündə keçirir. Sizin üçün süni örtüklü “Şəfa” stadionunda oynamaq çətin deyildi?
- Yox, deməzdim ki, bizim üçün burda oynamaq çətin idi. Çünki bu stadionun meydançası süni qazondan ibarət olsa da, yaxşı durumdadır. Burda futbol oynamaq mümkündür. Cari mövsüm bu stadionda futbol oynanılıb və hər hansı bir oyunçunun burdan narazı qaldığını eşitməmişəm. Ona görə də xal itirdiyimizə görə qazonu bəhanə etməyimiz düzgün olmazdı.
- Ölkəmizə gəldiyiniz gündən bəri hələ qol hesabını açmamısınız. Səbəb nədir?
- Bilirsiniz, yeni bir mühitə düşmüşəm. Yeni komanda, yeni məşqçim var. Elə futbolçular olur ki, 1 mövsüm oynadıqdan sonra mühitə uyğunlaşır. Məşqlərdə çox çalışmalıyam ki, özümü göstərə bilim. Çalışıram ki, yerli mühitə uyğunlaşma prosesini tez keçim. Bunu bacarsam, mən də qol vuracağam.
- Ukraynada “Tavriya” və Rusiyada “Kuban”ın şərəfini qorumusuz. Heç Yuri Syomin kimi belə güclü mütəxəssislə çalışmışdınız?
- Məşqçimiz güclü çalışdırıcıdır. O bilir ki, kimi harda və nə zaman oynatmaq lazımdır. Mən belə güclü məşqçi ilə çalışmamışdım. Hamı məşqlər zamanı çalışır ki, onun etimadını qazanıb heyətə düşsün. Syomin kim nəyə qadirdirsə, onu da meydana buraxır.
- “Qəbələ”yə keçməzdən öncə ölkəmizdə tanıdığınız başqa nigeriyalı futbolçu vardı?
- Bir dənə tanıdığım nigeriyalı var idi. O da mənim kimi “Qəbələ”nin futbolçusu (İfeanyi Emeqaranı nəzərdə tutur – S.T.) idi. Ötən mövsüm bizim klubda çıxış edib. Ancaq onunla əlaqəm yoxdur. Ona görə də hazırda həmin futbolçunun nə işlə məşğul olmasından xəbərim yoxdur.
Səbuhi TOFİQOĞLU

0
0