Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu - FOTO
30.09.2013 - 12:45
21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu Tuğrul Erat Düsseldorf “Fortuna”sında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, o, “Fortuna”nın U-23 komandasının evdə “Videnbrük 2000”i 4:1 darmadağın etdiyi matçda fərqlənməsi ilə yadda qalıb.
Belə ki, yenə start heyətində çıxan Erat 90 dəqiqə meydanda olub. O, 72-ci dəqiqədə qonaqların qapısına yol tapmaqla hesabı 3:1 edib.
Qeyd edək ki, sentyabrın 8-də Avropa çempionatının seçmə mərhələsində İsrailin qapısına da yol tapan Tuğrul Erat bundan öncə cari mövsüm “Fortuna”da 2 qol vurmuşdu.

0
0