Əziz Quliyev “Rəvan”ı zədəyə görə tərk etməyib
30.09.2013 - 13:09
“Rəvan”dan ayrılmağım zədə ilə bağlıdır. Daban nahiyəmdə problem var. Müalicə almaq üçün “Bakı”ya dönməyi məqsədəuyğun saydım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın futbolçusu Əziz Quliyev deyib.
Baş məşqçi Milinko Pantiçin tələblərinə cavab verməyən Quliyev bu yay “transfer pəncərəsi” bağlanmasına bir neçə gün qalmış “Rəvan”a icarəyə verildi. Lakin yeni klubun heyətində Topaz Premyer Liqasının IV turu çərçivəsində “İnter”lə oyunda debüt edən gənc müdafiəçi tezliklə zədələndi. Ardınca isə onun “Bakı”ya geri döndüyü məlum oldu.
Əldə etdiyimiz məlumata görə, Əziz zədəyə görə deyil, Pantiçin istəyi ilə “Bakı”ya geri dönüb.
Belə ki, serbiyalı çalışdırıcı arxa xəttə oyunçu seçimi ilə bağlı sıxıntı yaşadığından Quliyevi yenidən sərəncamında görmək istəyib. Quliyev açıqlamasında “Rəvan”ı zədə səbəbindən tərk etdiyini söyləsə də, “Bakı”ya Pantiçin istəyi ilə qayıtdığını etiraf edib: “Mənim “Rəvan”da heç bir problemim yox idi. Orada bir ailə kimi idik. Sadəcə, zədələndim və “Bakı”ya dönməyi lazım bildim. Düzdür, yayda Pantiç özü məni icarəyə yollamışdı. Ancaq indi vəziyyət dəyişib. Arxa xəttə çıxış edən futbolçular arasında zədəlilər var. Müalicəm ay yarım çəkəcək. Lakin “Rəvan”ın heyətində meydana çıxdığımdan qışadək “Bakı”ya kömək edə bilməyəcək. Lakin baş məşqçi dövrələrarası fasilədən sonra məni oynadacağını söyləyib. İndiki halda məşq edib, formamı qorumalıyam”.

0
0