Azərbaycan çempionu üçün 1 manat 19 qəpiklik bilet
30.09.2013 - 14:42
Futzal üzrə UEFA kubokunda çıxış edəcək Azərbaycan çempionu “Araz”ın oyunlarına biletlərin qiyməti məlum olub. Apasport.az saytının məlumatına görə, oktyabrın 2-də Rumıniyada mübarizəyə qoşulacaq təmsilçimizin oyunlarına biletlər ayrı-ayrılıqda satılmayacaq.
Belə ki, təşkilatçılar hər oyun günü üçün 1 bilet nəzərdə tutub. Bunu əldə edən azarkeşlər günün 2 qarşılaşmasını izləyə biləcəklər.
Qiyməti 5 ley (təxminən 1 manat 19 qəpik) olan biletlər hər oyun üçün eyni məbləğədir. Lakin hər oyun gününü arenada keçirmək istəyən azarkeşlər 6 matç üçün nəzərdə tutulan 10 leylik (3 manat 38 qəpik) bilet almaq imkanına malikdir.
Qeyd edək ki, “Araz” qrup mərhələsində Yunanıstanın “Atina-90”, Belçikanın “Şatelino” və meydan sahibi Rumıniyanın “Tarqu Mureş” klubları ilə mübarizə aparacaq. Oyunlar Tarqu Mureş İdman Kompleksində keçiriləcək.

0
0