Alvaro Silva: “Qara zolaq”dan mütləq çıxmalıyıq - MÜSAHİBƏ
30.09.2013 - 14:52
“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın müsahibəsi
- Topaz Premyer Liqasının VIII turunda “İnter”ə məğlubiyyəti necə şərh edərdiniz?
- Biz çox yaxşı oynadıq. "İnter"in isə cəmi bir şans qazandı. O da qol oldu. Bundan sonra 80 dəqiqə ancaq vaxt apardılar. Bizim isə xeyli şansımız oldu. Amma heç nə, istifadə edə bilmədik.
- Qol şansları yaratsanız da, istifadə edə bilmirsiz. Necə fikirləşirsiz, hücum xətti zəif çıxış etmirmi?
- Bizim ən böyük problemimiz şanslarımızdan istifadə edə bilməməyimizdir. Oyun ərzində bu qədər qol imkanları yaradırıq, amma sonra ya məğlub oluruq, ya da heç-heçə edirik. Hücumda da super oynayırıq. Sadəcə, son vuruş çatışmır. Müdafiədə də yaxşı oynayırıq. Amma rəqib yaratdığı bir şansı qola çevirir.
- O zaman bu məğlubiyyəti qapıçı Orxan Sadıqlının ayağına yazmaq olar?
- Yox, elə demək olmaz. Bir gün mənim səhvimdən qol vurarlar, bir gün başqasının. Bu futboldur və belə hallar olur. Təkcə, Orxanı günahlandıra bilmərik. Uduzmuşuqsa, deməli, bütün komandada günah var.
- Komandanız "qara zolaq"dan çıxa bilmir, yoxa cari mövsüm bəxtsizlik sindromu hələ də davam edir?
- Biz şanssızıq. Amma həmişə bəxtsizlik deyə bir şey yoxdur. Bu "qara zolaq"dan mütləq çıxmalıyıq. Bəxt tilsimini qırmalıyıq.
- Bəs, qol vurmamağa səbəb nədir?
- Siz oyuna baxdınızmı? Biz bir səhv etdik və məğlub olduq. Bir gün bəxt bizim tərəfə keçəcək və asanlıqla qələbə qazanacağıq. Rəqibin şansı oldumu? Biz "İnter"lə 10 dəfə oynasaq, doqquzunda qələbə qazanarıq. Bizim növbəti oyunda mütləq qələbəyə ehtiyacımız var. "Rəvan"la görüşdə iddiamızı sübut edəcəyik.
- "Rəvan"la qarşılaşmada qalib gələ biləcəksiz?
- Şanslarımızdan istifadə etsək, böyük hesablı qələbə qazanarıq. Biz çox güclü hazırlaşırıq. Hər şey dəyişəcək və "Xəzər Lənkəran" çempionluğa doğru gedəcək.
Mənbə: millifutbol.az

0
0