“Spartak”ın müdafiəçisi Azərbaycanla oyuna çağırıldı
30.09.2013 - 15:18
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, şimallıların baş məşqçisi Fabio Kapello oktyabrdakı seçmə oyunlar üçün açıqladığı ilkin heyətə əlavə etməyi lazım bilib.
İtaliyalı mütəxəssis 36 nəfərlik siyahıya Yevgeni Makeyevi də əlavə edib. Moskva “Spartak”ının müdafiəçisi oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla oynamağa namizəd olub.
Qeyd edək ki, oktyabrın 15-də baş tutacaq Azərbaycan – Rusiya oyunu 8-ci km stadionunda keçiriləcək.

0
0