“Guya Ruslan Əmircanov indiyədək hansı meydançalarda oynayıb ki?”
30.09.2013 - 16:35
“Stadionun toxumu 1-2 günə gəlməlidir. Türkiyədən gətiririk. Oktyabrın 22-dək Lənkəranda oyun keçirilməyəcək. İstəyirik ki, bundan yararlanıb stadiona yeni toxum səpək”. Bunu apasport.az saytına Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev deyib.
Lənkərana düşən son yağıntı mərkəzi arenanın ot örtüyünü pis vəziyyətə salıb. Hər yağmur yağdığında örtükdə “keçəlləşmə”ni görməmək mümkün deyil. Hacıyevin sözlərinə görə, yaxınlarda kosmetik təmir aparılacaq.
Əsaslı təmir isə mövsüm ərzində aparılacaq: “Belə bir planımız var ki, ev oyunlarını təxminən 1 ay başqa stadionda keçirək. Həmin müddətdə sıradan çıxmış drenaj sistemlərini düzəltmək istəyirik. Yoxsa hər dəfə yağış yağdığında sular qazonun altında yığılıb qalır və heç yerə süzülmür”.
Yeri gəlmişkən, “İnter”in müdafiəçisi Ruslan Əmircanov mətbuata açıqlamasında təxminən “bu stadionda futboldan başqa, hər şey etmək olar” kimi cümlə işlədib. Bu məsələyə də Hacıyevin münasibətini öyrəndik: “Guya Ruslan indiyədək hansı meydançalarda oynayıb ki? Onlara oynamaq pisdirsə, eyni sözlər bizə də aiddir. Baş məşqçimiz Con Toşak deyir ki, stadionun durumu qaydasında olsaydı, “İnter”ə qalib gəlmək olardı. Yəni, qazonun hazırkı durumu 2 tərəf üçün də keçərlidir”.
Səbuhi TOFİQOĞLU

0
0