Topaz Premyer Liqası: IX turun oyun cədvəli açıqlandı
30.09.2013 - 16:40
Topaz Premyer Liqası:  IX turun oyun cədvəli açıqlandı
Topaz Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, I dövrənin son qarşılaşmalarının başlama saatı və yeri müəyyənləşib.

Tur paytaxtdan kənarda keçiriləcək 2 qarşılaşma ilə başlayacaq. Bakıda görüşlər isə bundan sonra start götürəcək. I dövrənin son oyunu isə “Qarabağ” və “Bakı” arasında olacaq. Bu matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

4 oktyabr

16:00. “Sumqayıt” – “İnter”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

18:00. AZAL – “Simurq”
“AZAL Arena” stadionu

18:00. “Rəvan” – “Xəzər Lənkəran”
“Bayıl Arena” stadionu

20:00. “Qarabağ” – “Bakı”
T.Bəhramov adına Respublika stadionu