“Azərbaycanlılar”ın dueli baş tutmadı
30.09.2013 - 18:02
Almaniya Regionalliqasının “Şimal” zonasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96”nın U-23 komandası U-21-in futbolçusu İltər Taşkının oynadığı Braunşvayq “Ayntraxt”ının II heyəti ilə qarşılaşıb.
1500 azarkeşin izlədiyi görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu oyunda Əli Gökdəmir 83-cü dəqiqədə Ernstin yerinə meydana daxil olub. İltər Taşkın isə meydana çıxmayıb.
1500 azarkeşin izlədiyi görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu oyunda Əli Gökdəmir 83-cü dəqiqədə Ernstin yerinə meydana daxil olub. İltər Taşkın isə meydana çıxmayıb.
0
0