“Fənərbaxça” “Trabzonspor”la oyuna ciddi itkilərlə hazırlaşır
30.09.2013 - 21:07
“Fənərbaxça” “Trabzonspor”la oyuna ciddi itkilərlə hazırlaşır
Türkiyənin “Fənərbaxça” kubu növbəti turdakı “Trabzonspor”la oyun öncəsi ciddi itkilərlə üzləşib. Apasport.az saytı qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər”in hər iki futbolçusu – Raul Meyreles və Egemen Korkmaz həmin oyunda komandalarına kömək edə bilməyəcək.

Belə ki, “Gənclərbirliyi” ilə oyunda zədələnən hər iki oyunçunun artıq müayinəsinə başlanılıb.

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi Meyrelesin sağ ayaq əzələsi zədələnib. Korkmazın isə sol ayağı burxulub.