Roberto Mançini rəsmən “Qalatasaray”da
30.09.2013 - 21:34
Roberto Mançini rəsmən “Qalatasaray”da
Türkiyə təmsilçisi “Qalatasaray” danışıqlar masasına əyləşmək üçün İstanbula gətirdiyi Roberto Mançini ilə nəhayət ki razılığa gəlib. Apasport.az–ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Sarı-qırmızılılar” italiyalı mütəxəssislə 3 illik anlaşıb. Mançininin İstanbul klubunda qazanacağı məbləğ də açıqlanıb. Təcrübəli çalışdırıcı “Cim-Bom”da cari mövsüm üçün 3.5, yerdə qalan iki mövsümdə isə illik 4.5 milyon avro maaş alacaq.