Frank de Bur: Balotelli də eynən Messi kimidi
30.09.2013 - 23:09
Frank de Bur: Balotelli də eynən Messi kimidi
“Ayaks”ın baş məşqçisi Frank de Bur Çempionlar Liqasının qrup mərhələsində rəqibi “Milan”ın futbolçusu Mario Bakotelli haqqında danışıb. Apasport.az saytının məlumatına görə, ölkəsi Hollandiyanın mətbuatına danışan 43 yaşlı çalışdırıcı Balotellini “Barselona”nın ulduz futbolçusu Lionel Messiyə bənzədib.

O, italiyalı hücumçunun tək başına oyunu dəyişdirə bilən bir futbolçu olduğunu deyib: “Messi tək başına oyunu dəyişdirə bilən bir futbolçudur. Balotelli də eynən onun kimidir. İtaliyalı forvard oyunun gedişini istənilən vaxt dəyişdirə bilər. “Milan”ın çox güclü hücumçuları və yarımmüdafiə xətti var”.

Hollandiyalı məşqçi bugünkü matçı da dəyərləndirib: “Bu oyunda “Milan”ın favorit olmağına baxmayaraq, müsbət nəticə qazanacağımıza çox ümidim var. Əgər 90 dəqiqə boyunca oyuna köklənə bilsək, istədiyimiz nəticəni qazana bilərik. Biz geriyə çəkilib əks-hücumlara çıxan komanda deyilik. Bu qarşılaşmada meydana 3 xal qazanmaq üçün çıxacağıq”

Qeyd edək ki, “Ayaks” – “Milan” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.