Azərbaycan çempionunun iştirak ərizəsi
01.10.2013 - 10:54
Futzal üzrə Azərbaycan çempionu “Araz” sabah UEFA kubokunda mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, yarışda mübarizəyə əsas mərhələdən start verəcək təmsilçimiz iştirak ərizəsini UEFA-ya təqdim edib.
VI qrupda Yunanıstanın “Atina-90”, Belçikanın “Şatelino” və Rumıniyanın “Tırqu Mureş” klubları ilə mübarizə aparacaq “Araz” yarışa 15 futzalçı sifariş edib.
Baş məşqçi Joze Alesio da Silva Rumıniyadakı turnirə 9 legioner və 6 yerli oyunçu aparmağı lazım bilib: 1. Giovani Laercio Buranello, 29. Marat Salyanski, 19. Elnur Zamanov, 2. Marko Periç, 3. Assad Fabiano, 5. Felipe Ribeyro Dos Santos, 6. Eduardo Mello Borges, 15. Rafael Durval Da Kosca Lira, 13. Elnur Qəmbərov, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 9. Amadeu Fernandes Da Silva Sorbinyo, 10. Nilson Maşado Dos Santos, 11. Ribeyro De Karvalyo Davi, 14. Vitali Borisov.
Qeyd edək ki, “Araz”ın oyunları Tirqu Mureş İdman kompleksində keçiriləcək.

0
0