Yunisoğlu ilə İsayevin komandası dəyişir
01.10.2013 - 11:48
“Rəhbərliyin limiti bitdi. İctimai təzyiqə tab gətirə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Dənizlispor”un prezidenti Süleyman Urkay deyib.
Həmyerlilərimiz Saşa Yunisoğlu və Arif İsayevin də şərəfini qoruduqları Dənizli təmsilçisinin işləri heç də yaxşı getmir.
Komanda cari çempionatda çıxdığı 7 matçdan 5-də uduzub, yalnız 1 görüşdə qalib gəlib. Üstəlik, baş məşqçi Sərdar Dayatın istefasından sonra kollektivdə ruh düşkünlüyü yaranıb. Bu azmış kimi, rəhbərlik erkən seçimlərə getmək üçün İdarə Heyətinin toplantısını çağırmağı məqsədəuyğun sayıb.
Urkay Türkiyə mətbuatına açıqlamasında yenidən prezidentliyə namizəd olub- olmayacağını dəqiq bilmədiyini söyləyib: “Baş məşqçi postu üçün Yusuf Şimşəklə anlaşmışdıq. Amma İdarə Heyətinin toplanmasına qərar verincə, razılaşmanı dondurduq. İclasa qədər heç bir bas məşqçi ilə razılığa gəlməyəcəyik, bu cür davam edəcəyik. Ümid edirəm ki, oktyabrın 21-ə təyin etdiyimiz toplantı klubun yolunu açacaq”.
Qeyd edək ki, Süleyman Urkayın təkrar prezident seçilmə ehtimalı çox azdı. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, “Dənizlispor” ciddi dəyişikliklər astanasındadır.

0
0