Ufuk Budak “Bursaspor”a qol vurdu - FOTO
01.10.2013 - 12:00
Ufuk Budak “Bursaspor”a qol vurdu - FOTO
Millimizin üzvü Ufuk Budak “Əskişəhərspor”un əvəzedici komandasında yenə qol vurub. Apasport.az saytının məlumatına görə, o, bu dəfə “Bursaspor”un qapısına yol tapıb.

Start heyətində meydana kapitan qismində çıxan Ufuk komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə son qolu vurub. O, 86-cı dəqiqədə fərqlənib. Bundan 3 dəqiqə sonra isə Budak baş məşqçi Musa Devrim tərəfindən Cem Kumru ilə əvəzlənib.

Qeyd edək ki, Ufuk Budak müdafiəçi olmasına baxmayaraq, ötən tur “Sakaryaspor”a 2:3 uduzduqları oyunda da rəqib qapısına yol tapmışdı.