Bu gün “Arsenal” – “Napoli”, 2 həftə sonra Azərbaycan yığması
01.10.2013 - 12:16
Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki son oyununu idarə edəcək serbiyalı hakim Milorad Majiçin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 15-də baş tutacaq Azərbaycan – Rusiya qarşılaşmasında fit çalacaq 40 yaşlı ədalət təmsilçisi ixtisasca menecerdir.
2009-cu ildən FİFA hakimi olan serbiyalı UEFA-nın referilər üçün 1-ci kateqoriyasına daxildir. Elit kateqoriyaya keçməyə namizəd olan Majiç Braziliyadakı mundialın qarşılaşmalarını idarə etməyə namizədlərin siyahısındadır. Lakin bunun üçün serbiyalı elit kateqoriyaya yüksəlməlidir.
İndiyədək Azərbaycan milli komandalarının oyunlarına təyinat almayan referi klublarımızdan “İnter”i meydana çıxarıb. 2010/11 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində bakılıların “Lex”lə Polşadakı matçının baş hakimi olub. Evdə 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri Poznanda eyni hesabla qalib gəlsə də, penaltilər seriyasında məğlub olmuşdu – 8:9.
Majiç avrokuboklarda yarımfinal idarə etməyi bacarıb. 2011/12 mövsümündə Avropa Liqasının yarımfinalında “Fənərbaxça” ilə “Benfika”nı meydana çıxarıb. Bu gün isə ədalət təmsilçisi növbəti sınağına çıxacaq. Azərbaycanla oyun öncəsi serbiyalı Çempionlar Liqasının qrupunda baş tutacaq “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) matçında fit çalacaq.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu 8-ci km stadionunda keçiriləcək.

0
0