Tırqu Mureş sınağı başlayır!
01.10.2013 - 15:06
Tırqu Mureş sınağı başlayır!
Sabah futzal üzrə UEFA kubokunda əsas mərhələyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın 24 klubu 6 qrupda mübarizəyə qoşulacaq.

Son illərin dəyişməz Azərbaycan çempionu “Araz” da növbəti dəfə elit-raunda vəsiqə uğrunda yarışacaq.

Təmsilçimiz Rumıniyada mübarizə aparacaq VI qrupda qüvvəsini sınayacaq. Belçika çempionu “Şatelino”, Rumıniyanın ən güclüsü “Tırqu Mureş” və Yunanıstan təmsilçisi “Atina-90” klubları ilə görüşəcək “Araz” mərhələ adlamaq üçün ilk 2 yerdən birini tutmalıdır.

Qrupun əsas favoriti olan təmsilçimiz ilk görüşündə yunanlarla qarşılaşacaq. Joze Alesio da Silvanın yetirmələri növbəti matçında Belçika çempionu, son turda isə meydan sahibləri ilə qüvvəsini sınayacaq.

2 oktyabr

19:00. “Araz” (Azərbaycan) – “Atina-90” (Yunanıstan)
21:30. “Tırqu Mureş” (Rumıniya) – “Şateliino” (Belçika)


4 oktyabr
19:00. “Şatelino” – “Araz”
21:30. “Tırqu Mureş” – “Atina-90”


7 oktyabr
19:00. “Atina-90” – “Şatelino”
21:30. “Araz” – “Tırqu Mureş”


Qeyd edək ki, qarşılaşmalar “Tırqu Mureş” İdman kompleksinə keçiriləcək.