“Azərbaycanla oyunda başqa variantımız yoxdur”
01.10.2013 - 15:54
“Fabio Kapellonin vaxtındakı yığma haqda nə isə demək tezdir. Bir neçə oyun böyük məyusluq gətirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun veteranı Yuri Saviçev deyib.
1988-ci ildə SSRİ yığmasının heyətində olimpiya çempionu olan 48 yaşlı sabiq hücumçu Rusiya millisinin DÇ-2014-ün seçmə mərhələsindəki çıxışına münasibət bildirib.
Saviçev oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla qarşılaşacaq həmyerlilərinin qalib gəlməyə borclu olduğunu düşünür: “Şimali İrlandiyada matç boyu bir dəfə belə qol imkanı yarada bilmədik. Yığmamız seçmə mərhələnin qalan oyunlarında Lüksemburq və Azərbaycanı sadəcə, məğlub etməyə borcludur. Başqa variant isə ümumiyyətlə ola bilməz. Əgər belə bir qrupdan da çıxa bilmiriksə...”.
Qeyd edək ki, Saviçev karyerası ərzində Moskva “Torpedo”su, Yunanıstan “Olimpiakos”u, Almaniyanın “Saarbrükken” və “Sankt Pauli” klublarında çıxış edib.

0
0