Yığmamızın rəqibi 2 gün də gözləyəcək
01.10.2013 - 16:00
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya yığmasının heyətinin açıqlanacağı vaxt məlum olub. Apasport.az saytının xəbərinə görə, oktyabrın 11-də millimizlə qarşılaşacaq Böyük Britaniya təmsilçisinə çağırılacaq oyunçuların adları oktyabrın 3-də açıqlanacaq. Belə ki, adalıların baş məşqçisi Maykl O’Nil Bakıdakı qarşılaşmadan 1 həftə əvvələdək gözləməyi lazım bilib.
Qeyd edək ki, 8-ci km stadionunda baş tutacaq görüş qrupda sonuncu yeri tutmamaq baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, 8-ci km stadionunda baş tutacaq görüş qrupda sonuncu yeri tutmamaq baxımından böyük əhəmiyyət daşıyır.
0
0