Millimizin heyəti açıqlandı
01.10.2013 - 16:20
Millimizin heyəti açıqlandı
19 yaşadək futbolçulardan ibarət yığmamızın heyəti açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-19 oktyabrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.

Baş məşqçi Arif Əsədov bununla bağlı 20 futbolçuya dəvət göndərib. Həmin futbolçular bunlardır: Ziyadxan Məmmədov, Fəhmin Muradbəyli (hər ikisi “Neftçi”), Mustafa Yaman (“Rot-Vayss” Erfurt, Almaniya), Kənan Səfərov (“Ayntraxt” Norderştedt, Almaniya), Şamil Cəmaləddinov, Sadiq Quliyev, Şirməmməd Məmmədov, Elvin Camalov, Elnur Mustafazadə, Ehtiram Şahverdiyev (hamısı “Qəbələ”), Elvin Bədəlov (“Zenit”, Rusiya), Adil Nağıyev (AZAL), Coşqun Diniyev (“İnter”), Budaq Nəsirov, Ruslan Nəsirli, Orxan Əliyev (hər üçü “Sumqayıt”), Samir Məsimov (“Lokomotiv”, Rusiya), Namiq Ələskərov (“Bakı”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Bilal Abbaszadə (“Qarabağ”)

10 oktyabr

17:00 İrlandiya – Azərbaycan
21:00 Bosniya və Herseqovina – İsveç


12 oktyabr

17:00 Azərbaycan - Bosniya və Herseqovina
19:00 İrlandiya – İsveç


15 oktyabr

17:00 Bosniya və Herseqovina – İrlandiya
17:00 İsveç – Azərbaycan


Qeyd edək ki, U-19 bugündən etibarən Latviyada təlim-məşq toplanışı keçəcək. Latviya hazırlıqları oktyabrın 7-dək davam edəcək. Komandamız bundan sonra hazırlıqları qonşu İsveçdə davam etdirəcək.