Avrokuboklarda ilk qolumuzun müəllifi Vətəndə işləmək istəyir
01.10.2013 - 17:00
“Rusiyada yaşasam da, Azərbaycana gediş-gəlişim var. Vətəndə baş verənləri yaxından izləyirəm. Futbol adamı olduğumdan, bu sahəni daha çox diqqətdə saxlayıram. Xüsusən də, “Kəpəz”in çıxışını, Gəncə futbolunda baş verənləri yaxından izləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçumuz Yadigar Süleymanov deyib.
Hazırda Rusiyada yaşayan və futbolçu karyerası əsasən Gəncənin “Kəpəz” klubu ilə bağlı olan Süleymanov sevimli peşəsindən uzaq düşməyib.
Düzdür, hazırda heç bir klubda işləmir. Lakin Moskvadakı Azərbaycan Diaspora Təşkilatlarının xətti ilə təşkil olunan futbol turnirlərində iştirak edir: “Burda veteranlar arasında vaxtaşırı turnirlər keçirilir. Bizim öz komandamız var. Mən oynayan məşqçiyəm. Çalışıram ki, ən azı bu yolla futboldan uzaqda qalmayam. Ümumiyyətlə, dünya və Azərbaycan futbolunda baş verənləri yaxından izləyirəm”.
UEFA kubokunun 1995/96 mövsümündə “Austriya” ilə səfər matçında (5:1) “Kəpəz”in heyətində fərqlənən Süleymanov futbol tariximizə avrokuboklarda ilk qolumuzu vuran oyunçu kimi düşüb. O, hazırda qürbətdə yaşasa da, klublarımızdan birində münasib iş olacağı halda vətənə qayıtmağa hazırdı: “Niyə də olmasın? Futbol adamıyam, münasib iş olsa, məmnuniyyətlə işləyərəm. Təəssüf ki, bizdə daha çox əcnəbilərə üstünlük verilir. Yaxşı olardı ki, öz futbolçularımıza və məşqçilərimizə güvənsinlər”.

0
0