Kaxaber Sxadadze yetirmələrini növbəti qələbəyə hazırlayır - FOTOSESSİYA
01.10.2013 - 17:21
Kaxaber Sxadadze yetirmələrini növbəti qələbəyə hazırlayır - FOTOSESSİYA
Topaz Premyer Liqasında 9-cu tura oktyabrın 4-də start veriləcək. Apasport.az saytının məlumatına görə, həmin tarixdə "İnter" səfərdə "Sumqayıt"la qarşılaşacaq.

Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhət stadionunda baş tutacaq. "Sumqayıt"la oyunun hazırlıqlarına dünəndən başlayan “bankirlər” bu gün də məşq edib. "Şəfa" stadionunda keçirilən məşqdə isinmə hərəkətlərindən sonra topla müxtəlif tapışırıqları yerinə yetirən futbolçular gündəlik hazırlıq prosesini qapıya uzaqdan zərbələr endirməklə başa vurub.

Qeyd edək ki, "İnter" sabah da məşq edəcək. Xatırladaq ki, "Sumqayıt" - "İnter" matçı saat 16:00-da başlayacaq.