1-i məşqə qoşuldu, 3-ü isə oynamayacaq
01.10.2013 - 18:01
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında "İnter"lə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb.
"Bakı" ilə qarşılaşmada zədələnən Nurlan Novruzov artıq zədəsini sağaldıb və kollektivlə birgə hazırlaşır. Zaur Həşimov isə hələ ki bərpa prosesi keçməkdədir. Orxan Əliyev və Ruslan Nəsirli isə U-19-un Latviyadakı düşərgəsində olduğu üçün bu oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Sumqayıt" - "İnter" oyunu oktyabrın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 16:00-da start götürəcək.

0
0