Konte: “Qalatasaray”dakı ani baş məşqçi dəyişikliyi bütün planlarımızı pozdu
01.10.2013 - 19:57
“Qalatasaray”lı futbolçular Fatih Terimin üslubuna uyğun oyun nümayiş etdirəcəklər. Amma rəqibin yeni baş məşqçisi Roberto Mançininin oyuna müdaxilələrini bilməyəcəyimiz üçün bizi çətin qarşılaşma gözləyir”. Apasport.az saytının məlumatına görə bu fikirləri “Yuventus”un baş məşqçisi Antonio Konte “Qalatasaray”la oyun öncəsi bu gün keçirilən mətbuat konfransında deyib.
İstanbul klubundakı ani baş məşqçi dəyişikliyinin bütün planlarını pozduğunu deyən Konte oyun üçün hazırlıqlarının boşa getdiyini bildirib.
Təcrübəli çalışdırıcı bu matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklərini deyib: “Çətin qrupda olduğumuzu düşünürəm. Düzdü, birinci oyunumuzda istədiyimiz nəticəni qazana bilmədik, amma ilk oyunlardakı nəticələr bizi aldatmamalıdır. Sabah çox ciddi qarşılaşma bizi gözləyir. Hesab edirəm ki, qalib gəlmək üçün var gücümüzlə çalışmalıyıq. Azarkeşlərimizdən də böyük dəstək gözləyirəm. Onlar bu matçda rəqibi təsir altında saxlamalıdırlar”.
Qeyd edək ki, “Yuventus” – “Qalatasaray” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

0
0