Mirça Rednik yeni klubu ilə müqavilə imzaladı - FOTO
01.10.2013 - 21:32
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik bu gün Belçika təmsilçisi “Gent”lə münasibətlərini rəsmiləşdirib. Apasport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Belə ki, rumıniyalı çalışdırıcı yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Keçirilən mətbuat konfransında fikirlərini açıqlayan Rednik “Gent”də çalışacağı üçün xoşbəxt olduğunu deyib: “Komandanın uğur qazanmaq üçün yaxşı imkanları var. Klubun yeni stadionunu görəndə potensialın nə qədər güclü olduğunu anlayırsan. “Gent” güclü futbolçulara və azarkeşlərə sahibdir”.

0
0