Mançini: Fatih Terimin yolunu davam etdirəcəm
01.10.2013 - 22:37
“Futbolçularımla sadəcə 1 gün birlikdə ola bildim. Ona görə də hər hansı bir xüsusi planım olmayacaq. “Qalatasaray”ın güclü heyəti olduğu üçün yaxşı nəticə qazanmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə bu sözləri “Qalatasaray”ın yeni baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Yuventus”la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis klubun sabiq baş məşqçisi Fatih Terimin yolunu davam etdirəcəyini bildirib: “Bu oyunda üzərimdə hər hansı baskı hiss edəcəyimi düşünmürəm. Təbii ki, Fatih Terim dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Ancaq futbolda belə şeylər olur. Mən də onun gördüyü işi davam etdirəcəyəm. Hədəfimiz qrupdan çıxmaqdır. “Real”la ilk oyunumuz yaxşı keçmədi. Amma Madrid təmsilçisi hər bir klubu məğlub edəcək gücdədir. Daha 5 matçımız var. Sərfəli nəticələr qazanıb qrupdan çıxmaq istəyirik. “Yuventus”dan qorxsaydım oyunu evdə izlərdim. Bir gündə belə böyük oyunlara hazırlaşmaq çox çətindir. Rəqibi yaxşı tanımağım bizim üçün müsbət haldır”.
Mançini komandada dəyişiklik edib-etməyəcəyi ilə bağlı bu sözləri deyib: “Müdafiə və hücum arasında düzgün balans yaratmaq vacibdir. “Qalatasaray”ın hücum oyununda dəyişiklik etməyəcəm. Sadəcə olaraq müdafiəni də lazımı səviyyəyə çatdıracağam”.

0
0