Venger: Komandamızda Məsut Özil olduğu üçün çox şanslıyıq
02.10.2013 - 03:56
Çempionlar Liqasının II turu çərçivəsində “Arsenal” doğma arenada “Napoli”ni 2:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisinin baş məşqçisi Arsen Venger oyundan sonra keçirilən mətbuat konfransında qazanılan qələbədə futbolçusu Məsut Özilin rolunu xüsusi qeyd edib.
Fransalı mütəxəssis komandasında Məsud Özil kimi bir oyunçu olduğu üçün çox şansı olduqlarının deyib: “Fərdi bacarıq, komanda oyunu, qapıya zərbələr. Sadəcə olaraq kənardan otur və ona zövqlə tamaşa et. Böyük oyunçuda olan hər şeyi Özil bizə göstərdi. O “Real”da da mükəmməl oyun nümayiş etdirirdi və həmin çıxışını burada da davam etdirir. O, komanda yoldaşları ilə birgə oynamaqdan və onlara kömək etməkdən daha çox zövq alır. Çox sevindirici haldır ki, komandamıza da tez öyrəşdi”.
Qeyd edək ki, Məsut “Napoli” ilə oyunda bir qol, bir də qol pası ilə komandasına qələbə qazandırdı.

0
0