200-cü qol üçün - STATİSTİKA
02.10.2013 - 08:58
200-cü qol üçün - STATİSTİKA
Bu gün futzal üzrə UEFA kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, ardıcıl 9-cu dəfə Azərbaycanı yarışda “Araz” təmsil edəcək.

Mübarizəyə əsas mərhələdən başlayacaq Naxçıvan təmsilçisi avrokuboklarda indiyədək 41 qarşılaşma keçirib.

Bu oyunların yarısından çoxunda qalib gələn çempionumuz 1 dəfə əsas, 6 dəfə elit mərhələdə mübarizəni dayandırıb. Yalnız 1 dəfə “Dördlər finalı”na yüksələn komandamız qitənin 3-cüsü olmağı bacarıb.

Hesabında 21 qələbə, 7 heç-heçə və 13 məğlubiyyət olan “Araz” 160 qol vurub və 112-ni buraxıb.

mövsüm
Mərhələ
Keçirildiyi ölkə
yer
O
Q
H
M
T
X
2005/06
I təsnifat
Bosniya və Herseqovina
2
3
1
1
1
9-8
4
2006/07
əsas
Xorvatoya
1
3
3
0
0
20-8
9
Elit
Polşa
3
3
0
1
2
8-12
1
2007/08
əsas
Azərbaycan
3
3
1
0
2
7-8
3
2008/09
əsas
Azərbaycan
1
3
3
0
0
21-4
9
Elit
Xorvatoya
2
3
2
0
1
12-11
6
2009/10
əsas
Xorvatoya
1
3
2
1
0
12-5
7
Elit
Azərbaycan
1
3
3
0
0
18-4
9
4-lər finalı
Portuqaliya
3
2
0
1
1
4-7
1
2010/11
əsas
Rumıniya
2
3
2
0
1
15-8
6
Elit
Rusiya
3
3
1
1
1
6-6
4
2011/12
Elit
İspaniya
2
3
1
1
1
10-9
10
2012/13
əsas
Macarıstan
2
3
1
1
1
9-8
4
Elit
Sloveniya
3
3
1
0
2
9-13
3
41
21
7
13
160-111
70

Ümumiyyətlə isə avrokuboklarda 3 Azərbaycan klubu çıxış edib. “Araz”dan başqa buna “Turan AİR” və “AMMK-Azercell” nail olub.

52 qarşılaşma keçirən təmsilçilərimiz 25 qələbə qazanıb, 10 heç-heçə edib və 17 dəfə uduzub. Bu qarşılaşmalarda 193 qol vurulduğundan 200-cü – yubiley topunu “Araz”dan gözləməyə dəyər.

Rumıniyada 3 qarşılaşmaya çıxacaq naxçıvanlılar bunun üçün 7 dəfə fərqlənməlidir...

Klub
O
Q
H
M
T
X
Turan AİR
8
3
1
4
20-27
10
AMMK-Azercell
3
1
2
0
13-11
5
Araz
41
21
7
13
160-111
70
52
25
10
17
193-149
85

Qeyd edək ki, texniki nəticə top fərqinə daxil edilməyib.