“Çelsi”nin futbolçusuna ikiqat zərbə
02.10.2013 - 12:18
“Çelsi”nin futbolçusuna ikiqat zərbə
İngiltərənin “Çelsi” klubunun futbolçusu Fernando Torres zədələnib. Lent.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Rumıniya “Styaua”sı ilə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur matçında dizindən xəsarət alıb.

Artıq 11-ci dəqiqədə əvəzlənən Torresin 2 həftəyədək sıradan çıxdığı açıqlanıb.

Qeyd edək ki, Fernando Torres İngiltərə Premyer Liqasında da 4 oyunluq diskvalifikasiya edilib. Bu səbəbdən, tanınmış futbolçu zədələnməsəydi belə, oktyabrın 6-da “Norviç”ə qarşı 7-ci tur matçında oynaya bilməyəcəkdi.