“Qəbələ” “Karpatı” ilə qarşılaşacaq
02.10.2013 - 12:41
Ukraynanın prezidenti Viktor Yanukoviçin şərəfinə keçirilən beynəlxalq turnirdə “Qəbələ”nin U-15 komandasının yarımfinalda qarşılaşacağı rəqib bəlli olub. Apasport.az saytının “Qəbələ” Akademiyasının direktor müavini Nail Kərimovdan əldə etdiyi informasiyaya görə, təmsilçimiz A qrupunda II sıranı tutmuş Ukraynanın “Karpatı” komandası ilə qarşılaşacaq.
Lvov təmsilçisi ilə oyun sabah keçiriləcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” B qrupunda yarışdığı oyunlarda Ukraynanın "Çernomorets" (2:4), “Dinamo” (2:1) və Moldovanın "Real-Sukçes" (2:1) klubları ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu nəticələrdən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və yarımfinala adlayıb.

0
0