“Xəzər Lənkəran” “Bayıl Arena”da - FOTOSESSİYA
02.10.2013 - 13:23
“Xəzər Lənkəran” “Bayıl Arena”da - FOTOSESSİYA
Topaz Premyer Liqasının IV turunun “Rəvan”la oyununa hazırlaşan “Xəzər Lənkəran” Bakıda ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Lənkəran hazırlıqlarını yekunlaşdırdıqdan sonra paytaxta gələn Con Toşakın yetirmələri bu gün səhər saatlarında məşq keçib.

Cənubluların hazırlığı “Bayıl Arena”da baş tutub. Lənkəran təmsilçisi məşqdə yalnız taktiki çalışmaları yerinə yetirib. “Xəzər Lənkəran” sabah “Bayıl Arena”da oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, “Rəvan” – “Xəzər Lənkəran” oyunu oktyabrın 4-də keçiriləcək.

Mənbə: lankaranfc.com