“Bakı”nın legionerləri vətənlərinə qayıdır
02.10.2013 - 14:52
“Bakı”nın hücumameylli yarımmüdafiəçiləri Mindauqas Kalonasla Deyvidas Çesnauskis növbəti dəfə Litva millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, macarıstanlı Çaba Laslonun istefasından sonra müvəqqəti baş məşqçi funksiyalarını icra edən İqor Pankratyev bu gün açıqladığı heyətdə hər 2 futbolçuya da dəvət göndərib.
Bundan başqa, heyətdə vaxtilə “Neftçi”nin qapıçısı olmuş Paulius Qribauskas da var. 29 yaşlı qapıçı 2009-2011-ci illərdə ölkəmizdə çıxış edib.
Qeyd edək ki, Litva millisi oktyabrın 11-də Latviya, 15-də isə qrup lideri Bosniya və Hersoqovina yığmaları ilə qarşılaşacaq. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq hər 2 görüş Litvanın paytaxtı Vilnüsdə olacaq.

0
0