Millimizin Norveçə gedəcək heyəti bəlli oldu
02.10.2013 - 14:58
Millimizin Norveçə gedəcək heyəti bəlli oldu
21 yaşadək futbolçulardan ibarət komandamızın heyəti açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Bernhard Lippert Norveç və Portuqaliya yığmaları ilə oyunlar üçün 23 futbolçuya dəvət göndərib.

Həmin heyətdə 4 legioner də var. Bunlardan biri Almaniyanın “Berqiş Qladbax” klubuna transfer məbləği ödəmədiyi üçün “Yimpaş Yozqatspor”a keçidinin alınmadığı deyilən Fatih Şanlıdır.

Ümumilikdə isə heyətə cəlb edilən futbolçular bunlardır: Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev, Emil Balayev (hamısı “Neftçi”), Nurlan Novruzov, Elşən Abdullayev, Slavik Alxasov, Kərim Diniyev (hamısı “Sumqayıt”), Vadim Abdullayev, Şəhriyar Əliyev (hər ikisi “Bakı”), Hacı Əhmədov, Kamil Hüseynov (hər ikisi “Qarabağ”), Abdulla Abatsiyev, İlqar Ələkbərov (hər ikisi “İnter”), Ağabala Ramazanov, Orxan Sadıqlı (hər ikisi “Xəzər Lənkaran”), Rəşad Eyyubov (“Simurq”), Ruslan Tağızadə (AZAL), Ürfan Abbasov (“Qəbələ”), Fatih Şanlı (“Yimpaş Yozqatspor”, Türkiyə), Andrey Popoviç (“Tavşanlı Linyitspor”, Türkiyə), Taşkın İltər (“Ayntraxt” Braunşvayq, Almaniya), Tuğrul Erat (“Fortuna” Düsseldorf, Almaniya).

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Norveç, həmin ayın 15-də isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq.