Danışılmış oyun idarə edən hakim Bakıya gəlir - FOTO
02.10.2013 - 17:18
Millimizin oktyabrın 11-də Şimali İrlandiya yığması ilə oyununu idarə edəcək baş hakim Andrea de Markonun kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1973-cü ilin martın 21-də İtaliyanın Genuya şəhərində doğulan de Marko 2007-ci ildə FİFA dərəcəli hakim statusuna yiyələnib.
UEFA-nın 2-ci kateqoriyalı hakimi olan 40 yaşlı ədalət sahibi ilk dəfə əsas komandaların iştirakı ilə keçiriləcək bir oyunu idarə edəcək. Buna qədər nə bizim, nə də Şimali İrlandiya təmsilçilərinin görüşlərində görünməyən italyan referi “Qarabağ”ın Avroliqadan uzaqlaşdırdığı İsveçin “Gefle” klubunun çıxış etdiyi matçda baş hakim olub. O, adıçəkilən turnirin II təsnifat mərhələsi çərçivəsində baş tutan görüşdə Kiprin “Anortosis” klubunun 3:0 hesablı qələbəsinə verdiyi 1 penalti ilə yardım edib. Bununla belə, bizə məlumdur ki, “Gefle” cavab oyununda 4:0 qalib gəlməklə “Qarabağ”a rəqib olub.
De Markonu tanıdan daha bir məqam isə onun 2009-cu ilin iyulun 23-də idarə etdiyi oyundur. Belə ki, Bosniya və Herseqovinada keçirilən Avroliqanın II təsnifat mərhələsi çərçivəsində Sarayevo “Slaviya”sı ilə “Olborq”un görüşündə hesab (3:1) əvvəlcədən meydan sahiblərinin xeyrinə müəyyənləşdirilibmiş. Bu məsələnin üstü isə həmin qarşılaşmada “əli” olduğu bildirilən alman-xorvat mənşəli Ante Sapina adlı şəxsin axtarışı zamanı açılıb.

0
0