Roberto Mançini: “Qalatasaray” daha yaxşı olacaq
03.10.2013 - 05:58
“Qrupdan çıxmaq şansımızın davam etməsi üçün yaxşı oynamalı idik. Bunun da öhdəsindən gəldiyimizi düşünürəm. “Yuventus”a qarşı səfərdə mübarizə aparmaq çətindir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la keçirilən oyundan sonra deyib.
Yeni komandası ilə ilk matçına çıxan italiyalı mütəxəssis səfərdə xal qazanmağın vacıbliyini qeyd edib: “Komandam çalışaraq, daha da yaxşı vəziyyətdə olacaq. Heyətimizdə çox səviyyəli futbolçular var. Əsas odur ki, onlarda özünə inam yaradasan və bunu da meydanda göstərə bilələr. “Qalatasaray”da 2 gün əvvəl işə başladım. Səfərdə xal qazanmaq vacibdir. Futbolçularım əllərindən gələni etdi”.
Mançini Didye Droqbaya da təriflər yağdırıb: “Droqba sözün əsl mənasında möhtəşəm oynadı. O, hücumda tək başına vuruşdu. Qol vurdu və bir də qol pası verdi”.
Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" görüşü 2:2 hesabı ilə başa çatıb.

0
0