Türkiyə millimizi məğlub etdi
03.10.2013 - 09:34
Türkiyə millimizi məğlub etdi
Qızlardan ibarət milli komandamız Türkiyənin 15 yaşadək futbolçulardan ibarət yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bursa yaxınlığındakı Mudanya qəsəbə stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıb – 4:2.

Maraqlıdır ki, qolların hamısını türkiyəlilər vurub. Türklərdən Kader (1), Rabia (47), Ece (59) və Dərya (67) fərqlənib. Millimizdən fərqlənənlər isə Almaniyadan gətirilərək milliləşdirilmiş türklər - Gizəm (35) və Bilgə (70) olub.

Qeyd edək ki, bu komandalar arasında növbəti yoldaşlıq oyunu sabah keçiriləcək. Qarşılaşma yenə eyni məkanda və Bakı vaxtı ilə saat 17:30-da olacaq.