Topaz Premyer Liqası: Dövrənin qalibi kim olacaq?
03.10.2013 - 10:00
Sabah Topaz Premyer Liqasında IX turun görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yığmaların oyunları ilə əlaqədar mövsümdə ilk dəfə bütün qarşılaşmalar eyni gündə baş tutacaq. Elə eyni səbəbdən yaranacaq fasilə ərəfəsində baş tutacaq son turla çempionatda I dövrə yekunlaşacaq.
Mövsümün 1/4 hissəsinin son görüşləri dövrənin çempionunun adına aydınlıq gətirəcək. Fasiləyə zirvədə yollanmağa isə cəmi 3 namizəd var. Bunlar “Qəbələ”, “Qarabağ” və “Neftçi”dir.
Liderlərdən ikisi turun mərkəzi oyununda üz-üzə gələcək. Son matçlarındakı uğurlu nəticələr hesabına 2 turdur ilk pillədə qərarlaşan “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edəcək. Son 2 oyunda qol buraxmayan rəqiblərin matçında meydan sahibləri qalib gəlməklə, fasiləyə zirvədə yollanacaq. Hətta heç-heçə olacağı halda da, bunun mümkünlüyü istisna deyil. “Neftçi” isə liderliyə yüksəlmək üçün qələbə qazanmalı və “Qarabağ”ın xal itkisinə ümid etməlidir.
Ardıcıl 4 qələbədən sonra oyununda eniş hiss olunan ağdamlılar isə 4 matçdır qalib gələ bilmir. Bu dəfə “Bakı”nı qonaq edəcək “Qarabağ” zirvəyə yüksəlmək üçün qalib gəlməli və “Qəbələ”nin büdrəməsinə gözləməlidir. Əks halda, Yuri Syominin yetirmələri heç-heçə ilə də dövrənin ən yaxşısı olacaq. Artıq 6 turdur meydanı qolsuz tərk etməyən “Bakı” isə 2-ci pilləyə yüksəlmək şanslarına malikdir.
Paytaxtın digər təmsilçisi AZAL da ikincilik iddiasındadır. Son 3 qarşılaşmada qalib gələ bilməyən “təyyarəçilər”in bu dəfə də çətin sınaq gözləyir. Çünki 4 matçdır uduzmayan “Simurq” da yüksək yerlərə şansını qoruyur.
Digər 2 qarşılaşmada isə son 4 pillənin sahibləri üz-üzə gələcək. İddialarına uyğun olmayan pillələrdə qərarlaşan “Xəzər Lənkəran” və “İnter” autsayderlərlə görüşmələrindən maksimum yararlana bilər. 4 oyundur qapısını toxunulmaz saxlaya bilməyən cənublular səfərdə “Rəvan”dan 3 xal almaqla mövqeyini yaxşılaşdıra bilər. 3 turdur qələbə həsrətində olan bakılılarla matçdakı xal itkisi isə Con Toşakın komandası üçün növbəti uğursuzluq olar.
Elə “İnter” də Sumqayıt səfərini itkisiz başa vurmağa borcludur. Çempionatın bütün oyunlarında qol vuran yeganə komanda olan “bankirlər” autsayderi udmaqla xal hesabını artırmağa çalışacaq. 5 oyundur qələbə həsrətində olan “Sumqayıt” isə sonuncu pilləni tərk etmək üçün sensasiyaya nail olmaq əzmindədir.
Topaz Premyer Liqası, IX tur
4 oktyabr
16:00. “Sumqayıt” – “İnter”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
18:00. AZAL – “Simurq”
“AZAL Arena” stadionu
18:00. “Rəvan” – “Xəzər Lənkəran”
“Bayıl Arena” stadionu
20:00. “Qarabağ” – “Bakı”
T.Bəhramov adına Respublika stadionu
Bombardir: Mindauqas Kalonas (Bakı) - 5 qol

| komanda | o | q | h | m | t | x | |
1 | Qəbələ | 8 | 5 | 1 | 2 | 13-7 | 16 |
2 | Qarabağ | 8 | 4 | 3 | 1 | 11-4 | 15 |
3 | Neftçi | 8 | 4 | 3 | 1 | 10-5 | 15 |
4 | AZAL | 8 | 4 | 1 | 3 | 8-10 | 13 |
5 | Bakı | 8 | 4 | 1 | 3 | 16-7 | 13 |
6 | Simurq | 8 | 3 | 3 | 2 | 7-6 | 12 |
7 | Xəzər L | 8 | 2 | 3 | 3 | 6-8 | 9 |
8 | İnter | 8 | 2 | 1 | 5 | 14-15 | 7 |
9 | Rəvan | 8 | 1 | 2 | 5 | 3-18 | 5 |
10 | Sumqayıt | 8 | 1 | 2 | 5 | 5-13 | 5 |

0
0