Rusiya yığması səfərə 3 məşqlə çıxır
03.10.2013 - 11:15
Rusiya yığması səfərə 3 məşqlə çıxır
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də Lüksemburq. 15-də Azərbaycanın qonağı olacaq şimallılar ayın 7-də bir araya gələcək.

Fabio Kapellonin yetirmələri Moskvada Eduard Streltsov adına stadionda hazırlıq keçəcək. Rusiya yığması cəmi 3 məşq keçdikdən sonra səfərə çıxacaq. Onlar əvvəl – ayın 10-da Lüksemburqa yola düşəcək.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu Bakıdakı 8-ci km stadionunda baş tutacaq.