“Dənizlispor” başsız qaldı
03.10.2013 - 11:24
Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduqları “Dənizlispor” başsız qalıb. Apasport.az saytının məlumatına görə, klub prezidenti Süleyman İdarə Heyətinin oktyabrın 21-ə təyin edilən konqresini gözləmədən istefa verib.
Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Dənizlispor”un dünən ölkə kubokunda III liqa təmsilçisi “Manavqat Evrensekispor”a uduzaraq (1:2) mübarizəni dayandırmasının ardından Urkay postu ilə vidalaşıb.
Ölkə çempionatındakı uğursuz çıxış səbəbilə baş məşqçi Sərdar Dayatın istefa verməsi, indi isə klub prezidentinin vəzifəsindən getməsi “Dənizlispor” camiasını məyus edib. İdarə Heyətinin toplantısına qədər yeni prezidentin seçilməsi mümkündür.

0
0