Millimiz Norveçə nə vaxt gedir?
03.10.2013 - 11:42
21 yaşadək futbolçulardan ibarət milli komandamızın Norveçə səfər proqramına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bernhard Lippertin yetirmələri sabah baş tutacaq Premyer Liqa oyunlarından sonra paytaxtda bir araya gələcək.
U-21 oktyabrın 5-də Bakıda toplaşdıqdan sonra Almaniyaya hərəkət edəcək. Komandamız adıçəkilən ölkənin Frankfurt şəhərində 2 günlük hazırlıq keçəcək. Bu, oktyabrın 6-dan 7-dək olacaq. Komanda əsas hazırlıqlarını isə oktyabrın 8-dən oyun gününə kimi Norveçin paytaxtı Osloda keçirəcək.
Qeyd edək ki, qrupunda 2 oyundan sonra autsayder olan millimizin Norveçlə görüşü oktyabrın 10-da olacaq. Qarşılaşma bizim vaxtla saat 20:00-da Drammen şəhərinin 7500 tamaşaçı tutan süni örtüklü “Marienlist” stadionunda baş tutacaq.

0
0