Almaniya klubu millimizin futbolçusunu 2 gün gec buraxacaq
03.10.2013 - 13:17
Almaniya klubu millimizin futbolçusunu 2 gün gec buraxacaq
Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmirin yığmaya qoşulacağı vaxt müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına dəvət olunan milliləşən legioner toplanışa 2 gün gec qatılacaq.

Əli oktyabrın 5-dən 15-dək Bakıda baş tutacaq hazırlıqlara ayın 7-də qatılacaq. Buna səbəb onun çıxış etdiyi “Hannover II”nin futbolçunu FİFA qaydalarına əsasən rəsmi matçdan 4 gün əvvəl düşərgəsindən buraxmasıdır.

Qeyd edək ki, millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq.