“Bakı”nın ispaniyalı futbolçusu müalicə alır
03.10.2013 - 14:22
“Bakı”nın ispaniyalı futbolçusu müalicə alır
Ötən tur “Sumqayıt” üzərində 1:0 hesabı ilə qələbə qazanan “Bakı” sabah IX tur çərçivəsində “Qarabağ”ın qonağı olacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “zolaqlılar” artıq oyunöncəsi son məşqini də keçirib.

Səhər saat 11:00-da isinmə hərəkətləri ilə başlayan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığı yaddan çıxartmayan serbiyalı baş məşqçi Milinko Pantiç yetirmələrinə düzülmüş maneələrdən sürətli keçmək tapşırığını da verib. Saatyarım sürən məşqin son bölümü uzun ötürmələr, qapıya asmalar və ikili hücumlarla başa çatıb.

Ancaq hələ də Elvin Əliyevlə Vüqar Mustafayev kollektivdən ayrı çalışır. Ambulator müalicə alan ispaniyalı Mario Rubio isə məşqdə iştirak etməyib.

Qeyd edək ki, “Qarabağ” – “Bakı” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.