“Arsenal”ın futbolçusu millimizlə görüşə çağırıldı
03.10.2013 - 15:08
“Arsenal”ın futbolçusu millimizlə görüşə çağırıldı
19 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan İsveç yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tomas Turesson 18 futbolçuya dəvət göndərib.

Bunların arasında İtaliya, İngiltərə, Almaniya çempionatlarında çıxış edən 4 legioner də var: Oskar Klasson (“Forvard”), Edvard Setterberq (“Norrçöpinq“), Yohan Andersson (“Öster“), Karl Bohm (“Qöteborq”), Niklas Eliasson (“Falkenberq”), Simon Qustafson (“Hekken”), Markus Haqlind Sanqre (“Malmö”), Qustav Yarl (“Helsinborq”), Fredrik Yonsson (QAİS), Yesper Karlström (“Brommapoykarna”), Kristian Kuaku (AİK), Yesper Manns (“Yönçöpinqs Södra”), Pontus Nordenberq (“Otvidaberq”), Yoakim Olausson (“Atalanta”, İtaliya), Kristoffer Olsson (“Arsenal”, İngiltərə), Sebastian Starke Hedlund (“Şalke 04”, Almaniya), Muamer Tankoviç (“Fulhem”, İngiltərə), Arber Zeneli (“Elfsborq”).

Qeyd edək ki, İsveç seçmə mərhələdə meydan sahibidir. Skandinaviya təmsilçisi ilə görüşümüz qrupda sonuncu oyunumuzdur. Bu qarşılaşma oktyabrın 15-də, Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.