Millimizin oyunlarına qiymətlər açıqlandı
03.10.2013 - 18:01
Millimizin oyunlarına qiymətlər açıqlandı
19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 3-cü qrupun oyunları İsveçin cənubunda yerləşən Skane bölgəsinin Engelholm, Trelleborq və Landskruna şəhərlərində keçiriləcək. Apasport.az saytının məlumatına görə, həmin oyunlara biletlərin qiymətləri açıqlanıb.

Seçmə mərhələnin 6 görüşündən birini izləmək istəyənlər 60 İsveç kronu ödəyib bilet almalıdır. Ancaq bu qiymətlər hamıya şamil olunmur. Belə ki, 7-18 yaş aralığında olanlar və yaşlı adamlar 30 kronla da matç izləyə bilər. 7 yaşadək uşaqlar üçün isə stadionlara keçid pulsuzdur.

Qeyd edək ki, bu qrupda meydan sahibi İsveçlə yanaşı, millimiz, İrlandiya, Bosniya və Herseqovina yığmaları mübarizə aparacaq. Görüşlər oktyabrın 10-dan 15-dək keçiriləcək.