Təbrizlilər səfərdə vacib 3 xal qazandı
04.10.2013 - 03:57
Futbol üzrə İran çempionatında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, "Traktorsazi" klubu da növbəti oyununa çıxıb.
Təbriz təmsilçisi səfərdə “Rah Ahan”la üz-üzə gəlib. Oyuna inamlı başlayan qonaqlar birinci hissədə ard-arda 2 qol vurublar. Ev sahibləri isə ancaq bir dəfə fərqlənə bilib. Bununla da Dağiği və Əhmədzadənin qolları ilə meydandan 1:2 hesabı ilə qalib ayrılan təbrizlilər 22 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəliblər.
Qeyd edək ki, "Traktorsazi" növbəti turda “İstiqlal” klubu üz-üzə gələcək.

0
0