İbrahimoviç: Ötən mövsümə nisbətən daha güclüyük
04.10.2013 - 06:52
İbrahimoviç: Ötən mövsümə nisbətən daha güclüyük
PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasındakı çıxışlarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatına danışan 31 yaşlı hücumçu komandanın hazırkı vəziyyətinin arzuolunan səviyyədə olduğunu deyib.

İsveçli forvard ötən mövsümə nisbətən hazırda daha güclü oladuqlarını bildirib: “Qrupda keçirdiyimiz son iki matçda çox önəmli qələbələr qazandıq. Nəticədən əlavə nümayiş etdirdiyimiz oyun da yaxşı idi. İndi vacib olan odur ki, çalışıb bu uğurlu seriyamızı davam etdirək. Fikrimcə, ötən mövsümə nisbətən daha güclüyük. Artıq bir-birimizə öyrəşmişik və çox səviyyəli transferlərimiz oldu”.

Qeyd edək ki, Çempionlar Liqasında C qrupunda yer alan Paris klubu keçirdiyi 2 oyunda da qalib gəlib.