Yuran “Simurq”da aldığı maaşın məbləğini açıqladı
04.10.2013 - 08:45
“Məni Azərbaycan və Baltikyanı ölkələrə getməməyi məsləhət görürdülər. Düşünürəm ki, bu ölkələrə getməyimlə düzgün addım atdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun sabiq baş məşqçisi Sergey Yuran deyib.
2011/12 mövsümündə Azərbaycanda çalışan rusiyalı mütəxəssis ölkəmizdə çalışdığı günləri xatırlayıb.
Rusiya mətbuatına müsahibə verən Yuran öncə “Simurq”da alığı maaşın məbləğini açıqlayıb: “Kimsə oturub, Moskva klubunu gözləyir. Bir də onda ayılır ki, 50 yaşa çatıb. Haqqımda belə söhbətlər yayılıb ki, guya dəlisov pullar istəyirəm. Bu, tamamilə yanlışdır. Azərbaycanda, “Simurq”da çalışanda maaşım min dollar idi. Latviyada “Ditton”da isə bu rəqəm 3 min idi. Estoniya TFMK-sında isə 4,5 min qazanırdım”.
Yuran Azərbaycan klublarının büdcələrindən də danışıb: “Güclü klublar – “Neftçi”, “Bakı”, və “İnter”in illik büdcəsi 8, “Simurq”da isə 1 milyona bərabər idi. Ən yaxşı futbolçumuza ayda 7 min dollar verirdilər”.
Rusiyalı mütəxəssis Zaqatala macəralarından da bəhs edib: “Azərbaycanda olanda Pankisi dərəsində oldum. Gürcüstan sərhədinə yaxın qəsəbəyə getdim. Dağlarda tək yaşayan ağsaqqalın yanına qalxdım. Onun kababı fantastik idi. Metaldan heç nə yox idi. Qab-qacaq taxta və ya keramikadandır. Hər şeyi ocaqda hazırlayırlar”.
Qeyd edək ki, Yuran 2011/12 mövsümündə “Simurq”a rəhbərlik edib.

0
0