Azərbaycan çempionu növbəti mərhələdə
04.10.2013 - 09:01
Azərbaycan çempionu növbəti mərhələdə
Futzal üzrə UEFA kubokunda əsas mərhələnin II turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, VI qrupda çıxış edən Azərbaycan çempionu “Araz” növbəti qələbəsini qazanıb.

Rumıniyanın Tırqu Mureş şəhərində qüvvəsini sınayan Naxçıvan təmsilçisi Belçikanın “Şatelino” klubunu 3:1 hesabı ilə məğlub edib. Joze Alesionun yetirmələri bu qələbə ilə ilk 2 yerdən birini və bununla, növbəti mərhələyə vəsiqəni təmin edib.

Futzal üzrə UEFA kuboku
Əsas mərhələ
II tur


“Şatelino” – “Araz” – 1:3
Rahu, 17 – Periç, 14, Fabiano, 30, Biro Jade, 38

“Tırqu Mureş” – “Atina-90” – 7:6

1
Araz
2
2
0
0
8-2
6
2
Tırqu Mureş
2
1
1
0
13-12
4
3
Şatelino
2
0
1
1
7-9
1
4
Atina-90
2
0
0
2
7-12
0