Millimiz İtaliya və Sloveniya ilə eyni qrupa düşdü
04.10.2013 - 16:10
Millimiz İtaliya və Sloveniya ilə eyni qrupa düşdü
Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn il Belçikada təşkil olunacaq yarışın iştirakçıları 4 qrupa bölünüb.

Ardıcıl 3-cü dəfə final mərhələsinə yüksələn Azərbaycan yığmasının da rəqiblərinin adına aydınlıq gəlib. Yığmamız C qrupunda İtaliya və Sloveniya ilə görüşəcək.

Komandamız ¼ finala adlamaq üçün ilk 2 yerdən birini tutmalıdır.

A qrupu: Belçika, Rumıniya, Ukrayna
B qrupu: Hollandiya, Portuqaliya, Rusiya
C qrupu: Sloveniya, Azərbaycan, İtaliya
D qrupu: Xorvatiya, Çexiya, İspaniya

Qeyd edək ki, Belçikadakı qitə çempionatı yanvarın 28-dən fevralın 8-dək keçiriləcək.